Xəbər lenti

Trampdan qəribə etiraf: “Dünyada bu qədər ölkənin olduğunu bilmirdim”

ABŞ prezidenti Donald Tramp siyasi arenadakı təcrübəsizliyini etiraf edib.

Publika.az xəbər verir ki, D.Tramp hələ keçmiş prezident Barak Obamadan vəzifəsini təhvil almazdan öncə Yaponiya prezidenti Şinzo Abeni Amerikaya dəvət edib. O, bu hərəkətinin siyasi təcrübəsizlikdən irəli gəldiyini və doğru addım olmadığını etiraf edib.

Seçkilərdən sonra dünyanın hər tərəfindən təbrik zəngləri aldığını deyən prezident dünyada bu qədər çox ölkənin olduğunu bilmədiyini deyib:

“Hər kəs mənə zəng edirdi. Bu qədər çox ölkə olduğunu bilmirdim. Biz Rusiyanın, Çinin, Almaniyanın, Yaponiyanın zənglərini qəbul etdik. Mən seçilmiş prezident idim. Ancaq andiçmə mərasimindən öncə digər dünya liderləri ilə görüşmək fikrinin yaxşı olmadığını bilmirdim”.




Ana səhifəyə qayıt        Baxış: 451          Tarix: 7-11-2017, 15:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma