Xəbər lenti
 
ABŞ-ın Suriyaya raket zərbələri Rusiya ilə planlaşdırlmış olub? Belə deməyə əsas verən fakt isə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin hücum zamanı işə düşməməsi olub. "S-300" və "S-400" zenit kompleksinin qarşılıq verməməsi Tramp ilə Putin arasında "danışılmış döyüş" şübhəsini gündəmə gətirib. 

Lakin Suriyanın ötən gün ABŞ prezidenti Donald Trampın əmri ilə bombalanması bu ölkənin Rusiya ilə münasibətlərini gərginləşdirib. Rusiyanın TASS agentliyi artıq 8-ci ordunun yaranacağı barədə məlumat yayıb. Agentliyin məlumatına görə, 8-ci qvardiya ümumqoşun ordusunun bu ilin yayında Cənub hərbi dairəsində yaradılması planlaşdırılır. Agentliyin mənbəsinin məlumatına görə, onun tərkibinə artileriya və raket briqadaları daxil olacaq. 

Mənbənin məlumatına görə, ordunun bölükləri Rostov və Volqoqrad vilayətlərində yerləşdiriləcək. "Hələlik  ordunun tərkibi qəti olaraq müəyyən edilməyib. Lakin ötən il Rostovda yaradılan 150-ci İdrintsko-Berlin qvardiya diviziyasının daxil olacağı qətidir".

Gərginləşən vəziyyətin fonunda Qara dəniz donanmasının freqatı (üçdorlu hərb gəmisi) "Admiral Qriqoroviç" Aralıq dənizində Rusiya Dəniz Qüvvələrinin tərkibində yenidən xidmətə başlayıb.

Bundan öncə adıçəkilən gəmi Qara dənizdə xidmətdə olub. Burada o "PASSEX" Rusiya-Türkiyə ortaq hərbi dəniz təlimlərində iştirak edib.

Xatırladaq ki, Pentaqon Aralıq dənizindəki savaş gəmilərindən "Al-Şayrat" bazasına 59 "Tomahawk Cruise" raketi atıb.  Hücum gecə saat 04 radələrində olub. Raketlərin qiyməti 84 milyon dollar qiymətləndirilir. 

D.Tramp bu barədə əmri şəxsən özünün verdiyini və İdlibdəki kimyəvi silahdan istifadəyə cavab olaraq atdıqlarını da gizlətməyib. "Bu barbar hücumda bir çox insan, o cümlədən körpələr yavaş-yavaş, vəhşicəsinə öldürüldü. Əsəd yardıma möhtac olan insanların canına qıydı. Bu gecə kimyəvi hücumun həyata keçrildiyi bir bazaya hücum əmri verdim. Bütün mədəni ölkələri Suriyadakı qətliamı dayandırmaq üçün ABŞ-a qatılmağa dəvət edirəm".



Ana səhifəyə qayıt        Baxış: 704          Tarix: 8-04-2017, 16:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma