Xəbər lenti

 Xalxal şəhərinin ən böyük mərmər mədəni bağlanıb.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, Ərdəbil vilayətinin Xalxal şəhərində fəaliyyət göstərən 60 növ mədəndən ən böyüyü sayılan Xalxal Mərmər və Qranit mədəni bağlanıb və 500 nəfər işsiz qalıb.

İranın tikintidə istifadə olunan keyfiyətli bəzək daşlarının böyük hissəsini təmin edən bu mədən Xalxalda bağlanan ilk mədən deyil. Bundan əvvəl bir sıra sənaye və istehsal müəssisələri bağlanıb.

Xalxal Ərdəbil vilayətində işsizlik statistikasına görə öndə gedən yerlərdən biri sayılır.




Ana səhifəyə qayıt        Baxış: 851          Tarix: 4-05-2017, 09:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma