Xəbər lenti

 Ermənistanda Avetisyanlar ailəsinin 7 üzvünün qətlində təqsirli bilinərək ömürlük həbs cəzası məhkum edilmiş rusiyalı hərbçi Valeri Permyakov cəzasını Rusiyada çəkəcək.  “RİA Novosti”nin verdiyi xəbərə görə,  bu barədə Şimali Qafqaz Dairə Hərbi Məhkəmənin nümayəndəsi bildirib.  

 "Əlbəttə ki, o cəzasını Rusiyada çəkəcək”, - deyə adı çəkilməyən nümayəndə bildirərək, Permyakovun Rusiyanın hansı bölgəsində cəza çəkəcəyini açıqlamayıb.

 Ermənistanın Ədliyyə Nazirliyi bundan əvvəl Permyakovun Rusiyada cəza çəkən Ermənistan vətəndaşı Qraçya Arutyunyanla dəyişdirilməsinin mümkünlüyünə dair xəbərləri təkzib edib




Ana səhifəyə qayıt        Baxış: 795          Tarix: 4-05-2017, 23:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma