Xəbər lenti

 "Azərbaycan paytaxtında təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün ölkələr, o cümlədən Afrika ölkələri üçün mühüm əhəmiyyətə malikdir. “Bakı prosesi” çərçivəsində keçirilən bu Forumda biz Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı, ənənə və müasirliyi özündə birləşdirən ölkə olduğunu kəşf etdik".

Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Afrika Gənclər Şəbəkəsinin əlaqələndiricisi Daniel Da Hien (Burkino Faso)  deyib.

“Bu forum dünyadakı problemləri, onların həlli yollarını, bu istiqamətdə fikirlərimizi, ümidlərimizi və digər məsələləri müzakirə etməyə imkan yaradır. Forum müxtəlif mədəniyyətlərdən olan insanların, beynəlxalq təşkilatların nümayəndələrinin müzakirələr apardığı, bu zaman həm özlərini, həm də başqalarını daha yaxından tanıya və anlaya biləcəkləri geniş meydandır. Milli, mədəni, dini müxtəliflik insanın özünü başqasından üstün tutması üçün əsas vermir. Bütün insanların bir-birinə qarşılıqlı hörmət əsasında yanaşması cəmiyyəti bir çox problemlərdən xilas edə bilər”, - deyə Daniel Da Hien bildirib.




Ana səhifəyə qayıt        Baxış: 952          Tarix: 4-05-2017, 23:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma