Avstriyanın OMV neft-qaz kompaniyasına məxsus Baumqarten terminalındakı qaz anbarında baş verən partlayışdan sonra İtaliya, Sloveniya və Macarıstana qaz nəqli dayanıb.
Avstriyanın “E-Control” tənzimləyici qurumu məhdudiyyətlərin tez bir zamanda aradan qaldırılması üçün işlər apardığını bildirib.
Xatırladaq ki, dekabrın 12-də səhər saatlarında Avstriyanın Baumqarten qaz terminalında bir nəfərin ölümü və azı 50 nəfərin yaralanması ilə nəticələnən şiddətli partlayış baş verib. Onların hamısı Avstriya vətəndaşlarıdır. Yerli polisin məlumatına görə, partlayışa texniki nasazlıq səbəb olub.
Baumqartendə yerləşən qazpaylayıcı hab bu sahədə Avropada ən böyük mərkəzlərdən biridir. Rusiyanın bütün ixrac qazının üçdəbiri onun vasitəsilə Qərbi Avropaya, o cümlədən Almaniya və İtaliyaya ötürülür.\\Metbuat.az
Paylaş: