![](/templates/Wmediat51/images/vetendash.jpg)
Adı korrupsiya qalmaqalında hallanan Peru Prezidenti Pedro Kuçinski istefa verməkdən imtina edib.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu dövlət başçısı ölkə əhalisinə telemüraciətdə bildirib.
“Bütün peruluların prezidenti olaraq, şərəf və ləyaqətimin tapdanmasına yol verməyəcəyəm”, - o vurğulayıb.
Qeyd edək ki, dekabrın 13-də Braziliyanın “Odebrecht” tikinti şirkətinin Pedro Kuçinskiyə məxsus olan iki firmaya guya hüquqi xidmət üçün 4,8 milyon dollar ödəməsi barədə informasiya yayılmışdı. Amma Peru prezidenti “Odebrecht”in maraqlarının müdafiəsində iştirak etmədiyini bildirib.
Xüsusi müstəntiqlər qrupu tərəfindən iş üzrə istintaqın davam etdiriləcəyi halda R.Kuçinski Braziliya şirkəti ilə bağlı xoşgəlməz vəziyyətə düşən Perunun ikinci prezdenti ola bilər.
Perunun keçmiş prezidenti Olyanta Umalanın 2006 və 2011-ci illərdə seçkiqabağı təbliğat kampaniyasını Braziliyanın “Odebrecht” və “OAS” şirkətlərinin maliyyələşdirməsi haqqında məlumatlar dövlət başçısının vəzifəsindən getməsi ilə nəticələnmişdi. O.Umala 2016-cı ilin iyulunda istefa verməyə məcbur olmuşdu.
Məhkəmə sabiq prezident və onun həyat yoldaşı barəsində həbs qətiimkan tədbiri seçib.
Paylaş: