
Çilidə prezident seçkisi sağ qüvvələrin namizədi, sabiq prezident Sebastyan Pinyeranın qələbəsi ilə başa çatıb. Sebastyan Pinyera dekabrın 17-də keçirilmiş ikinci turda mərkəzçi solları təmsil edən senator Alexandro Gilyeri məğlub edib.
Noyabrın 19-da keçirilmiş ilk turda Sebastyan Pinyera 36,6% səslə önə çıxmış, Alexandro Gilyer 22,7% səslə ikinci olmuşdu. Novator.az-ın məlumatına görə, 17 dekabr seçkisində Sebastyan Pinyera 54,6%, Alexandro Gilyer 45,4% səs yığıb. Sebastyan Pinyera 1949-cu ildə anadan olub. Çili Katolik Universitetinin iqtisadiyyat fakültəsini bitirib. ABŞ-da magistratura təhsili alıb, Harvard Universitetində doktor dərəcəsi qazanıb.
Çili parlamentinin deputatı olub, 2010-2014-cü illərdə prezident postunu tutub. 2,7 milyard dollar sərvətin sahibidir.
Sebastyan Pinyera evlidir, iki oğlu, iki qızı var.
strateq.az
Paylaş: