Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyadakı səfiri «Krım kimindir?» sualını cavab verərkən, müxtəsər olub – heç düşünmədən bəyan edib: «Ora Ukrana ərazisidir».
Belə bəyanat rusiyalılara xoş gəlməyib və onlar aşağıdakı təklifi səsləndiriblər: «Alyaskanı geri qaytarın, ümumilikdə isə Amerikanı hindulara verin…».
ABŞ-n Rusiyadakı səfirliyinin Tvitter-akkautunda Con Hantsmanın xeyli populyar olan bu suala cavabı dərc olunub. Hantsman bəyan edib ki, «Krım kimindir?» sualına beynəlxalq hüquqla tanışlığı olan hər kəs belə cavab verərdi: «Krım – Ukraynadır».
Bu zaman səfir əlavə edib ki, Ukraynanın ərazi bütövlüyü mütləq bərpa olunmalıdır ki, Rusiya-ABŞ münasibətləri yaxşılaşsın.
Bundan sonra diplomata «məsləhət görülüb» ki, Amerikanı hindulara qaytarsınlar, Kosovanı Serbiyaya versinlər və sonra Krıma gedib, insanlardan soruşsunlar – onlar Ukraynaya qayıtmaq istəyirlərmi? Əgər krımlıların əksəriyyəti qayıtmaq istəsələr, o zaman iddia irəli sürmək olar.//AzPolitika.info