Xəbər lenti

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili prezident Pyotr Poroşenkonu könüllü surətdə vəzifəsindən imtina etməyə çağırıb.

“Report” xəbər verir ki, o, bunu öz "Facebook" səhifəsində paylaşdığı açıq məktubunda deyib.

"Sizin könüllü istefanız əks təqdirdə dərinləşə biləcək siyasi böhranın aradan qaldırılması üçün bəlkə də, son şansdır. Xalqın iradəsi qarşısında baş əyərək könüllü surətdə istefaya gedən prezident əfv və cəzanın yüngülləşəcəyinə ümid bəsləyə bilər", — deyə o bildirib.

Bundan əlavə, Saakaşvili Poroşenkonun ölkədə islahatlar aparmaq istəməsini və onun Ukrayna vətəndaşları arasında reytinqinin aşağı olmasına diqqət yönəldib.

Sabiq qubernator qeyd edib ki, islahatların olmaması və korrupsiya Poroşenkonu "ukraynalılar üçün anti-qəhrəman edəcək və onları ən böyük məyusluğa uğradacaq".




Ana səhifəyə qayıt        Baxış: 732          Tarix: 20-12-2017, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma