Xəbər lenti

Türkiyə Suriya ordusunun İdlibdəki təhlükəsizlik zonasının sərhədlərini pozması xəbərindən sonra Rusiya və İranın Ankaradakı səfirlərini XİN-ə çağırıb.   

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ankara diplomatlardan Suriya hökumətini təhlükəsizlik zonalarının sərhədlərini pozmamağa çağırmağı xahiş edəcək.  

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl Suriya ordusunun terrorçularla mübarizə adı altında İdlib əyalətindəki mötədil müxalifət qüvvələrinə hücumlar etdiyini bildirib. 




Ana səhifəyə qayıt        Baxış: 572          Tarix: 10-01-2018, 13:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma