Xəbər lenti

 Ruhani islam dünyasının prioritet məsələsini açıqladı           

İŞİD terror qruplaşmasının məğlubiyyətindən sonra Fələstin məsələsinin həlli yenidən islam dünyası üçün prioritet olub.

“Fars” agentliyi  xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Tehranda keçirilən sessiyasında çıxışında deyib.

“İŞİD ekstremist cərəyanının məğlubiyyətinin əsas müsbət tərəflərindən islam dünyasının siyasi çağırışının prirotet məsələsi kimi Fələstin məsələsinin qayıtmasıdır”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə destabilizasiyanın əsas səbəbi işğalın və ABŞ-ın İsrailə aktiv dəstəyinin davam etdirilməsi, həmçinin Fələstin xalqının paytaxtı Qüds olan müstəqil dövlət yaratmaqdan məhrum edilməsidir.

Qeyd edək ki, dekabrın əvvəlində ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. İsrail Qüdsü özünün “vahid və bölünməz” paytaxtı hesab edir. Lakin dünyanın əksər ölkələri hesab edir ki, Qüdsün statusunun müəyyən edilməsi Yaxın Şərq münaqişəsinin həlli üçün vacibdir. Bildirilir ki, şəhərin statusu fələstinlilərlə razılıq əsasında həll edilməlidir.

Dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən toplantısında Şərqi Qüds Fələstinin paytaxtı kimi tanınıb.//Publika.az




Ana səhifəyə qayıt        Baxış: 860          Tarix: 16-01-2018, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma