Xəbər lenti

Rəsmi Pekin Suriya böhranı ilə bağlı bəyanat verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Şamdakı səfiri Qi Qianjin bundan sonra ölkəsinin Suriya böhranında çox böyük rol oynayacağını açıqlayıb.

Çinli diplomat bildirib ki, Suriya böhranının həlli, onun inkişafı və yenidən qurulması üçün hərəkət keçmə zamanı artıq gəlib: "Çin bu prosesdə Suriya xalqı və hökumətinə daha artıq yardım edəcək, bölgədə bundan sonra daha böyük rol alacaq".

Diplomat onu da deyib ki, artıq 30 Çinli iş adamı Şama gəlib: "Onlar bu ölkəyə yeni sərmayə qoymaq üçün sahələri araşdırır. Pekin onların təhlükəsizliyi və təminatı üçün də nə lazımdırsa, edəcək".

Onu da qeyd edək ki,  Suriya böhranında əsas həllediuci güc hazırda ABŞ və Rusiyadır. İran və Türkiyə də bu bölgədə aktiv rol almağa çalışır. İndisə Çin bu "bazar"a nüfuz etməyə qərar verdi. Bu isə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Pekinin, əslində, ABŞ və Rusiyaya meydan oxuması kimi dəyərləndirilir. 

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 474          Tarix: 12-02-2018, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma