Xəbər lenti
Bu gün, 21:48
Bu gün, 19:44
Bu gün, 18:40
Bu gün, 17:38
Bu gün, 15:00
Bu gün, 13:09
Dünən, 23:30
Dünən, 22:51
Dünən, 21:00
Dünən, 10:05

"KİV-lərdə qondarma "DQR" nümayəndəsi kimi təqdim olunan Albert Andriyan Rusiya XİN-də Ermənistanın Moskvadakı səfirliyinin müşaviri kimi qeydə alınıb."
Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin Moskvada nümayəndəliyinin yaradılması barədə Azərbaycan KİV-nin sorğusunu şərh edərkən bildirib.
"Moskvada heç bir "Artsax" nümayəndəliyi yoxdur", – M.Zaxarova deyib.
Onun sözlərinə görə, sözügedən yazılarda adı çəkilən Albert Andriyan Ermənistanın Rusiyadakı səfirliyində müşavirdir.
"O, hər halda Rusiya Xarici İşlər Nazirliyində bu cür akkreditə olunub", – XİN nümayəndəsi vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























