Britaniya Xarici İşlər naziri Boris Conson Skripal insidentini Fyodr Dostoyevskinin “Cinayət və Cəza” romanı, Rusiyanı isə bu romanın baş qəhrəmanı Rodion Raskolnikovla müqayisə edib.
Bunu Conson Pasxa bayramı ilə əlaqədar təşkil edilən mərasimlərdən birində çıxışı zamanı deyib.
“Bu, “Cinayət və Cəza”nın başlanğıcına bənzəyir. Yəni biz hamımız cinayətkarın kim olduğunu bilirik. Məsələ ondadır ki, o özü cinayətini etiraf edəcək, yoxsa ələ keçiriləcək”, – deyə o, bildirib/Axar.az.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər