Xəbər lenti

 Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızı Yuliya Skripalın zəhərlənməsi məsələsini Lüksemburqda, aprelin 16-da müzakirə edəcəklər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin saytında yayılmış məlumatda bildirilir.

Sənəddə qeyd olunur ki, XİN rəhbərləri Rusiya barəsində fikir mübadiləsi aparacaqlar. Nazirlər Solsberidə baş vermiş hücum ətrafında hadisələrin son inkişafını, xüsusən Rusiya diplomatlarının qurumun üzvü olan və üzvü olmayan bəzi ölkələrdən çıxarılması da daxil olmaqla, Aİ-nin 22-23 mart sammitini müzakirə edəcəklər.

Bundan əlavə, qeyd edilir ki, Avropa dövlətlərinin XİN başçıları həmçinin qurumun Rusiya ilə bağlı 2016-cı ilin martında qəbul edilmiş prinsiplərinin reallaşmasını da nəzərdən keçirəcəklər.

Qeyd edək ki, Solsberidə baş vermiş zəhərlənmə ilə əlaqədar martın 26-da ABŞ, Kanada və Aİ ölkələri Rusiya diplomatlarını ərazilərindən çıxardıqlarını bildiriblər. Rusiya da öz növbəsində cavab tədbirləri görüb. 




Ana səhifəyə qayıt        Baxış: 725          Tarix: 7-04-2018, 09:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma