Sərdar Turqut
“Habertürk”, Türkiyə, 23 aprel 2018-ci il
ABŞ Konqresində bəzi təmsilçilərin bir “soyqırım” qanun layihəsi üzərində iş apardıqarını bilir və eşidirdim.
Məlum erməni məsələsi… Buna rəğmən, nə üçünsə bu günə qədər bu mövzuda bir xəbər belə sızmır, heç kimsə “Bəli, bir hazırlıq var” deyərək, danışmır. Halbuki ötən illərin aprel ayının bu tarixlərində bəzi Konqres üzvləri öz seçicilərinə yönəlik bəzi mesajlar verər və bir layihənin hazırlandığını bildirərdilər. Bu il isə bu mövzuda tam bir səssizlik var. İntuisiyam və Vaşinqton təcrübəm mənə xoş olmayacaq bəzi hadisələrin səssizcə planlanmaqda olduğunu söyləyir.
Bir söz belə demədi
Bu şübhəmi artıran bir hadisə də 18 aprel axşamı Konqresdə baş verdi.Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin rəhbəri, Kaliforniya təmsilçisi Ed Roys öz əyalətindən və ABŞ-ın hər yerindən lobbiçilik üçün gələn erməni əsilli amerikalılarla görüş keçirdi. Bu görüş öncəsi onun bürosundan verilən nitq mətninə görə, Roys gələn qonaqlarına ilk öncə “soyqırım” adlandırdığı hadisənin tarixi haqqında danışdıqdan sonra dünyada belə hadisələrin bir daha olmaması üçün ictimai həssaslıqların artırılmasından bəhs edib.
Ötən illərdə “erməni soyqırımı” qanun layihələri hazırlamış olan Roys nə üçünsə bu yöndə bir hazırlıq olduğundan heç bəhs etmir. Mövzudan söz belə açılmır.
Nə üçün gözlənilməz qanun qəbulu?
Açıqca deməliyəm, mövzu haqqındakı bu səssizlik, hadisəni gizli saxlama meyli məni şübhələndirir.
“Yoxsa son anda Ağ evdən “Vaz keçin” yönündə bir təzyiq gəlməsindən çəkinən dairələr bu dəfə gözlənilməz şəkildə qanun layihəsilə gəlib, bunu sürətli formada, çox müzakirə aparmadan Konqresdən keçirəcəklər?” deyərək, düşünürəm.
Üstəlik, bu dəfə rahib Endrü Kreyq Branson üçün yazılan məktubdakı imzaların göstərdiyi kimi, Türkiyə əleyhinə bir qərarın çıxması üçün həm Nümayəndələr Palatasında, həm də Senatda, sanki, iki partiya arasında anlaşma var.
Deyəsən, erməni lobbiçilər düşünür ki, “Ağ ev Rusiya ilə yaxınlaşan Türkiyəni daha çox itirməmək üçün son anda qanun layihəsinin geri çəkilməsindən ötrü təzyiq edər”, ona görə də bu dəfə bu formada işləməyə qərar veriblər.
Bunun doğru olub-olmadığı ən geci sabah (bu gün-red.) bəlli olacaq. Ümid edirəm ki, mən bu şübhələrimdə yanılıram və bu hadisə də olmayacaq. Ancaq Roys, bir neçə təmsilçi dostu ilə birlikdə yazdığı məktubda 24 apreldə “erməni soyqırımı” ifadəsini işlətməyi unutmaması üçün prezident Donald Trampa xəbərdarlıq edib.
Bu arada, Trampın seçici kütləsinə xitab edən “Washington Times”qəzetində “Bu il “erməni soyqırımı” qanunu çıxarılması” üçün çağırış edən bir xəbər də nəşr edilib.
Tərcümə Strateq.az-ındır
Paylaş: