Xəbər lenti

Co Makaron

“Əl-Cəzirə”

 

Yəmən – Səudiyyə Ərəbistanının ötən on ildə yarımçıq qalan yeganə müharibə meydanı deyil. Varis şahzadə Məhəmməd bin Salmanın Yəmənə hərbi müdaxiləsindən əvvəl, 2012-ci ildən 2014-cü ilədək Səudiyyə kəşfiyyatının rəhbəri şahzadə Bəndər bin Sultan Suriyaya qarşı gizli müharibəyə başçılıq edib. İndi prezident Donald Tramp ABŞ qüvvələrinin Suriyadan potensial çıxışını kompensasiya etmək üçün Riyaddan mədəd umur.

Ağ Evin milli təhlükəsizlik məsləhətçisi Con Bolton və dövlət katibi Mayk Pompeonun İŞİD-in məğlubiyyətindən sonra Suriyanın şimal-şərqində sabit bir qüvvə olaraq xidmət edəcək ərəb koalisiyasını qurmağı qarşıya məqsəd qoyan danışıqlara liderlik etdikləri bildirilir.

Müzakirələrdə iştirak edən ölkələr – Misir, Bəhreyn, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridır.

ABŞ NATO üzrə müttəfiqi olmayan Riyada – bu səylərin mərkəzində duraraq, – həmin qüvvələrin maliyyələşməsi ilə bağlı status təklif edir.

Bu təklif, əgər tətbiq olunarsa, Suriyadakı vəziyyəti daha da ağırlaşacaq.

 

Ağ Evin hesablamaları və ərəblərin fikir ayrılığı

 

Ağ Ev Səudiyyəyə bu ayın əvvəlində Suriya rejiminə qarşı hava hücumlarında iştirak etmək təklifi etməmişdi. Ancaq keçən ilin dekabr ayında Tramp Səudiyyə Ərəbistanına Suriyanın yenidən qurulması üçün 4 milyard $ ayırmağı təklif edib (Riyad təklifi rədd edib), eyni zamanda, krallığın Qüdsün İsrailin paytaxtı olaraq tanıma qərarını qəbul edəcəyini gözləməkdədir.

Riyadın fikrincə isə, İsrail-Fələstin məsələsində Səudiyyənin dəstəyi qarşılığında Tramp ona heç nə vermir.

Hazırda Səudiyyə Ərəbistanının ABŞ-dan yeganə istəyi – İranın Yaxın Şərqdə artan nüfuzunun qarşısını almaq öhdəliyini yerinə yetirməsidir.

Bu ay Tramp OPEK-in Səudiyyə Ərəbistanının böyük iqtisadi planları üçün çox vacib olan neft qiymətini yüksəltmək cəhdlərindən şikayətlənib, Riyad isə ABŞ-dan Suriyadakı yükünü azaltmasını istəyib.

Yaxın gələcəkdə ABŞ-Səudiyyə münasibətləri, hazırda göründüyü kimi, hamar olmaya bilər.

Riyad 2011-ci ildən Suriyaya bir neçə dəfə qoşun göndərməyi planlaşdırıb, amma Barak Obama administrasiyası Səudiyyənin niyyətləri və bu missiyanı həyata keçirmək qabiliyyətindən şübhələnib.

Problemlər bu gün də qalır, əgər daha kəskin deyilsə. Regional səviyyədə, nəzərdə tutulan ərəb koalisiyası, Suriyada yerləşdirilsə, heç bir mandata malik olmayacaq.

Həm ərəb liderləri, həm də Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) 2015-ci ilin dekabr ayında açıqladığı İŞİD-ə qarşı 34 üzvlü koalisiyanın faktiki qüvvələrdən daha çox ictimai fənd olacağı görünür.

Əvvəlki ərəb sülhməramlı səyləri də təqlid oluna bilməz. Misal üçün, 1976-cı ildə bu, Livandakı vətəndaş müharibəsi dövründə həm fəlakət, həm də “Ərəb Qüvvələri” adı altında Suriya işğalı üçün pərdə idi.

Bundan başqa, bu təklifdə iştirak edən aktyorlar eyni məqsədləri paylaşmırlar. Ərəb tərəfdaşlarından bəzilərinin bu platformanı Suriya rejiminə təzyiq və / və ya İranı dayandırmaq üçün istifadə edəcəyi ABŞ-a aydın deyil, halbuki öz səyləri İŞİD-i məğlub etməyə və Suriyanın şimal-şərqini sabitləşdirməyə yönəlib.

KƏŞ böhranını həll etmədən Suriyada Əmirlik və Qətər qoşunlarının birgə yerləşməsi missiyanın mənasızlığına işarədir. Yəməni modeli Səudiyyə və Əmirliyin hətta bir-birinə zidd məqsədləri ola biləcəyini göstərir; yanvar ayında Ədəndə çevriliş təşəbbüsü buna yalnız bir nümunədir.

Misir Şamla minimal münasibətləri təhlükə altına almamaq üçün əsgər göndərməyəcək. Əmmanın hərbi qüvvələrini şimala göndərməsi heç bir məna vermir. Uzun müddətdir ki, İordaniya Suriyanın cənubdakı sərhəddən qayğılıdır.

Digər ideyalardan biri – ABŞ-ın hərbi podratçısı “Blackwater”dən, ya da regional döyüşçülərdən istifadədir: ABŞ bu, çirkli işi Səudiyyə Ərəbistanının öhdəsinə buraxır.

 

Türkiyə, Rusiya və SDQ…

 

Ən əsası, bu məsələni yalnız ərəb tərəfdaşlarla müzakirə etmək qeyri-mümkündür. ABŞ-ın Suriyadakı iştirakı lisenziyaçının razılığı olmadan lisenziya verməyə bənzəyir.

Vaşinqton şimal-şərqdə əsas qüvvə olan Suriya Demokratik Qüvvələri (SDQ) ilə müzakirələr aparmalıdır. Türkiyə və Rusiya ilə heç bir təmkinli anlaşma yoxdursa, ərəb koalisiyası minalı sahəyə çıxacaq və ABŞ bu qoşunları qorumaq üçün daim sahədə iştirak etməlidir.

Ərəb koalisiyasının əsas müttəfiqlərindən biri – İordaniya İsrail və Suriya ilə cənub sərhədlərini bölüşür və Suriyanın şimal-şərqi ilə coğrafi əlaqəsi yoxdur.

Ehtimal olunan ərəb koalisiyası Suriya rejimi, İran, Rusiya, SDQ və Türkiyənin mövcud olduğu düşmən mühitində fəaliyyət göstərəcək. Müzakirələrdə iştirak edən ərəb tərəfdaşların əksəriyyəti şimal-şərqdə ən mühüm qonşu olan Türkiyə ilə qəliz əlaqələrə malikdir.

Səudiyyə Ərəbistanı Suriya müxalifətini SDQ ilə uzlaşdırmalı olacaq, çünki kürd qüvvələri mövqelərini döyüşsüz və ya müqaviləsiz heç kimə verməyəcək.

Riyad, həmçinin bölgəyə gəlişindən əvvəl kürd qrupları ilə müqavilə bağlamalıdır, əks halda, qarşıdurma potensialı yüksəkdir. Ərəb koalisiyası ABŞ-ın Türkiyə və SDQ arasındakı münasibətləri necə tarazlaşdıracağı ilə bağlı eyni sualla qarşılaşacaq. Bununla yanaşı, silahlı üsyançıların onları hədəfə alınmayacağına zəmanət almalıdır.

Səudiyyə Ərəbistanının bu razılaşmadan çıxarsa, Tramp onu “pis razılaşma” adlandıracaq. Həttta ərəb koalisiyası reallaşarsa, bu, ABŞ-ın uzun müddət Suriya bataqlığında ilişib qalması ilə nəticələnə bilər.

 

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 603          Tarix: 25-04-2018, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma