Xəbər lenti
27-11-2024, 19:25

Argentina prezidenti Maurisio Makri ölkədə yaranmış iqtisadi böhran səbəbindən futbol üzrə dünya çempionatında iştirak üçün Rusiyaya getməkdən imtina edib.

“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən “Nacion” nəşri məlumat yayıb.

Bildirilir ki, Makri üçün hazırda ölkədəki çətin iqtisadi vəziyyəti yoluna qoymaq ən vacib məsələdir.

Son bir neçə gündə Argentina pesosunun məzənnəsi ABŞ dollarına nisbətdə tarixi minimumuna düşüb.

Makri yaranmış vəziyyətlə əlaqədar Beynəlxalq Valyuta Fondundan yardım istəyib.

 




Ana səhifəyə qayıt        Baxış: 412          Tarix: 12-05-2018, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma