Xəbər lenti
 Avropa Parlamenti Moldovoya maliyyə yardımı ayrılmasını təxirə salıb.
Parlamentdəki bir sıra siyasi qruplar bu ölkədəki siyasi vəziyyətdən narahatlıq bildiriblər.
Avropa Parlamenti, Avropa Şurası və Avropa Komisiyasının üzvləri mayın 18-də bu barədə qərar qəbul etməli idilər, amma görüş azı 1 ay təxirə salınıb.
Avropa parlamentinin Litvadan olan liberal üzvü Petras Otrevikius mayın 16-da Azadlıq Radiosuna bildirib ki, əsas narahatlıq bu ölkədə kütləvi informasiya vasitələrinin vəziyyəti, qanunun aliliyi və bu yaxınlarda seçki haqqında qanuna edilən düzəlişlərlə bağlıdır.
Avropa Komisiyası bu ilin yanvarında yeni Makromaliyyə yardımı proqramı çərçivəsində Moldovaya 100 milyon avroyadək kredit ayrımaq razılığına gəlib.
Qeyd edək ki, bu yaxınlarda Moldovada keçirilən president seçkisində rusiyapərəst siyasətçi Igor Dodon qalib gəlib.
Bundan sonar Moldovaya Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu verilməsi barədə memorandum imzalanıb.



Ana səhifəyə qayıt        Baxış: 881          Tarix: 16-05-2017, 21:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma