Xəbər lenti

Xüsusi prokuror Rober Müllerlə birgə çalışan ittihamçılar deyir ki, ABŞ prezidenti Donald Trampın keçmiş kampaniya meneceri Pol Manafort onunla bağlı davam edən məhkəmə işində şahid qismində iştirak edənlərə gizli təsir göstərməyə çalışıb.

Amerikanın Səsi xəbər verir ki, bazar ertəsi məhkəmə zamanı ittihamçılar Manafort və həmkarının iki şahidlə “dəfələrlə” əlaqə quraraq, onların ifadələrinə təsir göstərməyə çalışdığını bildirib.

Bu hadisə fevral ayında böyük münsiflər məhkəməsi Manaforta qarşı ittiham irəli sürəndən qısa müddət sonra baş verib.

Müller hakimdən Manafortun həbsdən öncə azadlıqda qalmasına dair çıxarılan qərara yenidən nəzər salmağa çağırıb. Bu isə onun həbs olunması ilə nəticələnə bilər.

Tramp kampaniyası ilə Rusiya arasında mümkün əlaqəni araşdıran Müller, Virciniya ştatı və Vaşinqtondakı federal məhkəmələrdə Manaforta qarşı çirkli pulların yuyulması, xarici agent kimi qeydiyyatdan keçməmə, eləcə də bank və vergi fırıldaqçılığı da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürüb.

Manafort bu ittihamları rədd edərək, günahsız olduğunu iddia edir.

 




Ana səhifəyə qayıt        Baxış: 671          Tarix: 6-06-2018, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma