Xəbər lenti

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Kandil dağında terrorçu PKK-nın əsas düşərgəsini məhv etmək üçün irimiqyaslı antiterror əməliyyatı keçirməyə hazırlaşır.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, əməliyyata 2-ci ordu komandanı İsmail Metin Temel Paşa başçılıq edəcək.

Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatında iştirak edən komandolar İraqın şimal hissəsinə dislokasiya edilir.

Məlumata əsasən, Kandil əməliyyatı başlayıb. Türkiyə hərbçisi 3-4 aydır İraqın nəzarətsiz qalan ərazisinə 25-30 km irəliləyib. Həmin bölgədə 11 hərbi məntəqə qurulub. Ötən gün İraqın şimalında keçirilən əməliyyat nəticəsində PKK qruplaşmasının 16 mövqeyi və 16 silahlısı məhv edilib.

Havadan sursat anbarlarının bombalanıb məhv edilməsi ilə başlayan əməliyyat quruda davam edəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 853          Tarix: 6-06-2018, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma