Türkiyənin Daxili işlər naziri Süleyman Soylu “CNN Türk”ün efirindən İraq ərazisinə gözlənilən hərbi əməliyyatın yaxın günlərdə başlayacağını bəyan edib.
Strateq.az xəbər verir ki, o, PKK terrorçularının məskunlaşdığı Qandilin Türkiyə üçün artıq yaxın bir hədəf olduğunu bildirib.
Soylu qeyd edib ki, Qandilə doğru quru əməliyyata yaxın zamanlarda başlayacaqlarının anonsunu verib: “İndi hədəfimiz çox yaxındır. Uyğun anı gözləyirik. Terrorun qaynaqlarından biri Qandildir. Qandil sadəcə PKK üçün lojistik ərazi deyil, ora terrorun beynəlxalq görüşmə mərkəzidir. Qandil Türkiyənin gücünü sınayan psixoloji bir mərkəzdir. Bu psixoloji basqı ölkəmizin şərq və cənub-şərqində yaşayan vətəndaşlarımızı da canından bezdirib…”.
Nazir deyib ki, türk xalqı yaxın zamanda qəhrəmanlarını Qandildə görəcək.
Paylaş: