Xəbər lenti

Qvatemalada yerləşən Fueqo vulkanının püskürməsi nəticəsində həyatını itirən insanların sayı 114 nəfərə çatıb.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, on gün əvvəl püskürən vulkanın ətrafında indiyə qədər 114 nəfərin cəsədi aşkarlanıb, 150-dən çox insan isə hələ də itkin düşmüş sayılır. Vulkanın ümumilikdə 1,7 milyon insana təsir etdiyi ehtimal olunur.

İyunun 3-dən bəri təhlükəli ərazilərdən 4 mindən çox yerli sakin təxliyə edilib və müvəqqəti sığınacaqlara yerləşdirilib. Hakimiyyət orqanlarının vulkandakı aktivliyi əvvəlcədən gördüyü, lakin əhalinin təxliyəsi barədə qərarı gecikdirdiyi iddiası ilə təhqiqat başlayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 439          Tarix: 13-06-2018, 17:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma