Xəbər lenti

Demokratlar sıralarında yer alan bir sıra ABŞ rəsmisi prezidentlər Donald Tramp ilə Vladimir Putin arasında keçirilmiş görüşdə iştirak edən tərcüməçinin Konqresdə ifadəsini eşitmək istəyir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, belə təklif Nyu-Hempşir ştatından olan senator Cin Şahin tərəfindən irəli sürülüb.

“Prezidentlərin bağlı qapılar arxasında hansı məsələləri müzakirə etdiyini anlamaq üçün V.Putinlə görüşdə iştirak edən amerikalı tərcüməçi ilə görüşməyi təklif edirəm. Tərcüməçi ABŞ prezidentinin Putinə nə dediyini və bizim adımızdan ona nə söz verdiyini müəyyən etməyə kömək göstərə bilər”, – C.Şahin “Twitter”də yazıb.

Eyni fikri konqresmen, Demokratlar Partiyasının üzvü III Co Kennedi də mikrobloqunda irəli sürüb.

C.Şahin hazırda ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Bob Korkerə iclas keçirmək istəyi ilə məktub göndərmək üçün imza toplayır.

 




Ana səhifəyə qayıt        Baxış: 390          Tarix: 18-07-2018, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma