Xəbər lenti

 

Ankara ABŞ-ın “F-35” tipli yeni nəsil qırıcı təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə beynəlxalq arbitraja müraciət edəcək.

APA-nın xəbərinə görə, bu barədə “Haberturk” nəşri məlumat yayıb.

“İndidə nədənsə bizi hədələməyə başlayıblar. Orada nə baş verib ki, onlar “F-35”ləri tədarük edə bilməyəcəklər? Verməyəcəksinizsə, biz beynəlxalq arbitraja müraciət edəcəyik... Əgər iş o yerə çatacaqsa, bunun alternativləri də var”, - deyə Türkiyə lideri qeyd edib.

 Qeyd edək ki, ABŞ Konqresi Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi HavaQüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni “F-35” hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib. 




Ana səhifəyə qayıt        Baxış: 542          Tarix: 29-07-2018, 09:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma