Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan baş nazir Nikol Paşinyanın tapşırığı ilə Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” yoxlama-buraxılış postuna yollanıb.
Strateq.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.
Burada sərhədin hər iki tərəfində Ermənistan avtomobillərindən ibarət kilometrlərlə uzanan növbə yaranıb.
Avqustun 5-də nəqliyyat nazirinin müavini Armen Pambuxaçyan Facebook səhifəsində yazmışdı: “Larsda, həm Gürcüstan, həm də Rusiya tərəfində yenə də problem yaranıb. Rusiya tərəfində Ermənistan avtomobillərindən ibarət 9-10 kiolometrlik növbə yaranıb. Bunun 5 kilometri yük maşınlarıdır. Gürcüstan tərəfində 200 yük maşını var. Hazırda biz problemin tez bir zamanda həll olunması üçün iş aparırıq. Rusiya tərəfi maşınların buraxılışını yeddi xətt üzrə həyata keçirir”.
Nazir müavini sürücüləri Ermənistana bu yolla daxil olmamağa çağırır.
Avqustun 6-da Pambukxaçyan yazıb ki, “Yuxarı Lars” məntəqəsində vəziyyət yaxşıya doğru dəyişib, amma hər halda növbə qalır.
“Yuxarı Lars” buraxılış məntəqəsi Rusiya ilə Ermənistanı birləşdirən yeganə magistralın üstündə yerləşir. Xəbər verilir ki, beynəlxalq daşımalarla məğul Spayka şirkətinin azı 100 maşını tıxacda qalıb.
Əsasən tez xarab olan malları daşıyan şirkətin rəsmilərindən Karen Bağdasaryan deyib ki, vəziyyət kifayət qədər ciddidir: «Elə maşınlar var ki, artıq 4-5 gündür tıxacdadır. Mən konktret səbəb görmürəm. Sadəcə olaraq maşınlar ləng buraxılır”. Onun sözlərinə görə daşınan ərzaq mallarının xarab olmaq təhlükəsi realdır.
Paylaş: