Xəbər lenti
27-11-2024, 19:25

Cim O`Nil

“Project Syndicate”

 

Türkiyənin məzənnəsi düşən milli valyutası və pisləşən maliyyə şərtləri, ən azı bəzi kəslərə “böhran dəhşətli bir şeydir” inamı aşılayır. Mən bir çox Qərb siyasətçisinin Türkiyənin çətin vəziyyətindən pərişan olmağından şübhələnirəm.

Veteran iqtisadi müşahidəçilərinin fikrincə, Türkiyə – çətinlikləri ortaya çıxan bazar barədə dərslikdir. 1990-cı illərdən etibarən yay aylarında, avqustda bu cür maliyyə böhranının olmadığı cəmi bir neçə il olub.

Ancaq hazırkı məqamda Türkiyənin böyük, davamlı cari defisiti və populist iqtisadi siyasətinin davamlı olmadığını qəbul və ya dərk etməyən davakar lideri var. Üstəlik, Türkiyə xaricdəki investorlardan (və ehtimal ki, bəzi zəngin yerli investorlardan) getdikcə daha çox asılı olur.

Bu yavaş-yavaş artan faktorlar nəzərə alınmaqla, bazarlar uzun müddətdir ki, Türkiyənin valyuta böhranına yön aldığını güman ediblər. Əslində, bu narahatlıqlar inkişaf etməkdə olan iqtisadiyyatlara dair 2013-cü ildə “BBC Radio” seriyası üçün biznes və maliyyə liderləri ilə İstanbulda alınan müsahibələrdə aşkar olmuşdu. O dövrdə bazarlar ABŞ-da pul siyasətinin normallaşması və kəmiyyət zəifləməsinə son qoymaqdan qorxmağa başlamışdılar. Türk lirəsi həmin vaxtlardan etibarən fəlakətlə flört edir.

İndi, artıq böhran baş tutduqda, Türkiyə əhalisi ağır yükü çiyinlərinə alacaq. Ölkə daxili pul siyasətini ciddi şəkildə sərtləşdirməli, xarici borclanmanı məhdudlaşdırmalı və iqtisadi tənəzzül ehtimalına hazırlanmalı, bu zaman daxili qənaətlər yavaş-yavaş yenidən formalaşmalıdır.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi həm məsələləri mürəkkəbləşdirəcək, həm də Türkiyəyə bəzi qol açarları verəcək. Ərdoğan konstitusiyada təsbitlənmiş səlahiyyətlərinə dayaqlanır, parlamentin rolunu azaldır, pul-maliyyə siyasətinin müstəqilliyini pozur. Üstəlik, amerikalı pastorun həbsi və Rusiyadan “S-400” hava hücumundan müdafiə sisteminin satın alınması ilə, ABŞ prezidenti Donald Tramp administrasiyası ilə qarşı-qarşıya qalmış vəziyyətdir.

Bu, inkişaf etməkdə olan iqtisadiyyat lideri üçün təhlükəli xəmirdir, xüsusilə Birləşmiş Ştatların özü ABŞ Federal Ehtiyatlar Fondunu faiz dərəcələrini daha sürətli qaldırmağa sövq edirsə, Ronald Reyqan tərzində büdcə ekspansiyasına gedirsə.

Bəzi xarici maliyyə mənbələrinin ortaya çıxması ehtimalının zəifliyi nəzərə alınmaqla, Ərdoğan sonda bəzi qeyri-ortodoks siyasi yönlərdən geri çəkilməlidir. Təxminimə görə, biz daha konvensional pul siyasətinə və bəlkə də yeni maliyyə siyasəti çərçivəsinə dönüşə şahidlik edəcəyik.

Mövcud böhranda Türkiyənin təsirinə gəldikdə, ölkənin çoxsaylı gənc əhaliyə malik olduğunu xatırladaraq, gələcəkdə daha böyük iqtisadiyyat yaratmaq potensialı var. Avropa, Yaxın Şərq və Orta Asiyanın kəsişməsində yerləşməklə, o, üstün coğrafi mövqeyə malikdir, yəni bir çox əsas oyunçular Türkiyənin sabitliyini təmin etməkdə maraqlıdırlar.

Həqiqətən, Ərdoğanın ölkənin Avropa İttifaqına daxil olmasına zərbə vurmasına baxmayaraq, əksər avropalılar hələ də Türkiyənin Qərb üslubunda kapitalizmi qəbul edəcəyinə ümid bəsləyirlər.

Regional güclər arasında Rusiya bəzən Türkiyə üçün potensial xilaskar olur. Şübhəsiz, Rusiya prezidenti Vladimir Putin böhrandan Türkiyəni NATO müttəfiqlərindən daha da uzaqlaşdırmaq üçün istifadə etmək istəyir. Ancaq Ərdoğan və onun məsləhətçilərinin Rusiyanı Türkiyənin maliyyə boşluğunu doldura biləcəyini düşünməsi səhv olardı. Kremlin müdaxiləsi Türkiyə üçün çox az iş görəcək, Rusiyanın öz maliyyə və iqtisadi problemlərini daha da ağırlaşdıra bilər.

Digər iki potensial patron – Qətər və əlbəttə, Çindir. Ancaq Türkiyənin ən yaxın Körfəz müttəfiqlərindən biri olan Qətər maliyyə yardımı göstərə bilsə də, Türkiyəni böhrandan təkbaşına çıxmasını təmin etmək gücündə deyil.

Çinə gəlincə, Türkiyədə təsirini artırma fürsətini itirmək istəmir, amma bu, onun tərzi deyil, yəni problemin həlli üçün məsuliyyət daşımaq istəmir. Yunanıstanda gördüyümüz kimi, daha çox nəticə məlum olduqda, toz-duman yatdıqda, Çin investisiya imkanları üçün öz şirkətlərini açacaq.

Yəni Türkiyənin iqtisadi qurtuluşu ənənəvi Qərb müttəfiqlərindədir: ABŞ və Aİ (xüsusilə Fransa və Almaniya). Avqustun 13-də Ağ Evin sözçüsü Tramp administrasiyasının Türkiyə böhranına maliyyə bazarlarının təpkisini diqqətlə izləyəcəyini təsdiqləyib.

Trampın istədiyi – onun daxili iqtisadi ambisiyaları üzərindən xətt çəkə bilməyəcək tükənməz dünya iqtisadiyyatı və kütləvi dollar axınıdır. Beləliklə, müzakirə masasına gəlməyə hazır olduqda, klassik “Tramp ticarəti” ehtimalı var.

Eyni şəkildə, Avropanın ən böyük bankları Türkiyədə əhəmiyyətli dərəcədə nüfuza malikdir. Bunu miqrasiya ilə bağlı davam edən siyasi böhranla birləşdirin və Aİ-də daha sıx sabitləşmə üçün resept var.

Mən, məsələn, Türkiyənin “partladığı” təqdirdə Avropa liderlərinin heç bir şey etməyəcəyini təsəvvürümə gətirə bilmirəm. Ritorikasının gərginləşməsinə baxmayaraq, Ərdoğan tezliklə son bir neçə ildə təcridetmə və antaqonist siyasətini tərk etməkdən başqa çox az seçimi olduğunu görəcək. Əgər o, bunu etsə, bir çox investor gələn il geri dönə və lirə “dirilə” bilər.

 

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 680          Tarix: 15-08-2018, 15:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma