Xəbər lenti

Kabildə bir qrup naməlum silahlı şəxs Əfqanıstan Milli Ordusunun təlim mərkəzinin binasına hücum edib.

“TOLO News” xəbər verir ki, bunu yerli Polis İdarəsindən bildiriblər.

Ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.

KİV-in yazdığına görə, ərazidə terrorçularla hökumət qüvələri arasında toqquşmalar baş verib.

Hələlik bölgədə fəaliyyət göstərən qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 539          Tarix: 16-08-2018, 17:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma