Xəbər lenti

 

Dağıstanda antiterror əməliyyatı zamanı üç yaraqlı məhv edilib.

Ovqat.com bildirir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.

Məlumata əsasən, xüsusi əməliyyat Talqi yaşayış məntəqəsində keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ekstremistləri təslim olmağa çağırıblar. Lakin sonuncular buna atəşlə cavab veriblər. Nəticədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları yaraqlıları zərəsizləşdiriblər.

Atışma zamanı güc strukturlarının şəxsi heyətindən, eləcə də yerli sakinlərdən xəsarət alan olmayıb.




Ana səhifəyə qayıt        Baxış: 348          Tarix: 15-09-2018, 22:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma