
Fələstinin Vaşinqtondakı diplomatik missiyasının başçısı Husam Zomlotun və onun ailəsinin ABŞ-da yaşamaq üçün icazəsi ləğv edilib.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə bazar günü – sentyabrın 16-da, “Əl-Mayadin” telekanalı məlumat yayıb.
Bundan əlavə, səfirin bank hesabı dondurulub, kredit kartı isə ləğv edilib.
Qeyd edək ki, sentyabrın 13-də Zomlot “Twitter” sosial şəbəkəsindəki hesabında “Amerika xalqına müraciət” ünvanlayıb. O, Vaşinqtondakı Fələstin diplomatik nümayəndəliyinin bağlanmasını “qisas aktı”adlandırıraq bildirib ki, təmsil etdiyi struktur seçim qarşısında qoyulub: Vaşinqtonla münasibətləri pozmaq və ya bir millət kimi öz hüquqlarından imtina etmək.
Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Arikat Tramp administrasiyasının bu qərarını “təhlükəli eskalasiya” adlandırıb.
Paylaş: