Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Bunu ABŞ-ın Qlendeyl şəhərində yaşayan erməni ər-arvadın sahibi olduğu “Ayrenaser”(“Vətənpərvər”) şirkəti edib...
1993-cü ilin martında Kəlbəcərin işğalından sonra bu günədək Ermənistan silahlı qüvvələrinin nəzarətində qalan Laçın rayonunun Qarakeçid kəndində qeyri-qanuni olaraq Azərbaycan ərazisinə soxulmuş xarici şirkət təmir işləri aparıb.
Moderator.az bu haqda erməni KİV-ə istinadla xəbər verir. İşğaldan sonra öncə Eznaqomer, daha sonra isə Lernahovit adlanan Qarakeçid kəndi 1998-ci ildən ermənilərlə məskunlaşdırılmağa başlanıb. 2014-cü ildə kənddəki cəmi 28 şagirdi olan məktəb ABŞ-ın Qlendeyl şəhərində yerləşən, erməni ər-arvadın rəhbərlik etdiyi “Ayrenaser”(“Vətənpərvər”) təşkilatının təşəbbüsü və maliyyəsi ilə təmir edilib.
Qeyd edilir ki, eyni adlı ümumi icmaya daxil olan Ağbulaq(Spitakacur) və Şeylanlı(Şrvakan) kəndlərinin erməni uşaqları da bu məktəbdə oxuyurlar.
Erməni mənbələri fəxrlə vurğulayırlar ki, məktəbin təmir işlərində heç bir türk mənşəli tikinti materialından istifadə olunmamışdır. Azərbaycanlıların ocaqlarını zəbt etmiş erməni sakinlər heyvandarlıq və kənd təsərrüfatı ilə, o cümlədən arıçılıqla məşğul olurlar.
Xarici şirkətlərin yardımlarına rəğmən və ermənilərin burada məskunlaşmalarından 20 il ötməsinə baxmayaraq kəndin infrastrukturunun, yollarının çox bərbad vəziyyətdə olduğu görünür. 2014-cü ildən Həkəri çayı üzərində tikilmiş mini- SES-dən elektrik enerjisi verilsə də, Qarakeçdidə elektrik probleminin də yaşandığı bəlli olur...
P.S. İşğal etdikləri torpaqlarımzda əksər ermənilərin ağır şəraitdə və yoxsul yaşamaları faktı ilə biz öz başımızın altına yastıq qoymamalıyıq. Əsas odur ki, 25 ildən çoxdur, ermənilər bütün çətinliklərə rəğmən o torpaqlarda yaşamaqda davam edir.
Və o yurdların faktiki sahibi kimi o yerlərin təmiz havasını udur, saf suyunu içir, ekoloji təmiz məhsulunu, ətini, yağını, süd-qatığını, balını, meyvəsini və s. yeyirlər... Və oralarda doğulan dığalar dağlarımızda at səydirirlər...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar