Xəbər lenti

Ankara 5-ci  Ağır Cinayətlər  Məhkəməsi  "28 Fevral" hadisələri ilə bağlı prosesdə Türkiyənin sabiq baş naziri Tansu Çillərin  "zərər çəkmiş-şahid" qismində  ifadə verməsi üçün məkhəmədə məcburi iştirakı  barəsində qərar çıxarıb.
Moderator.azxəbər verir ki, məhkəmənin qərarına əsasən, türk dünyası və Türkiyənin ilk qadın baş naziri olan Tansu Çillərin 18 iyunda baş tutacaq  məhkəmədə  ifadə verməsi üçün bu qərarı verib. 
Qeyd edək ki, 28 fevral hadisəsi Türkiyə siyasi tarixində ləkə hesab olunur. 1997-ci ildə baş verən qiyam tarixdə “post-modern qiyam” kimi qalıb. Bu hadisəni Türkiyə demokratiyasına zərbə hesab edənlər də var.
Tansu Çillər isə o zaman bir il idi ki, baş  nazir postunu tərk etmişdi. O, 1993-1996-cı illərdə baş nazir kimi çalışmış və 50,51, 52-ci hökumətlərin başçısı olmuşdu.

 




Ana səhifəyə qayıt        Baxış: 1 001          Tarix: 23-05-2017, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma