Xəbər lenti

 

Donetskdə partlayış zamanı tanınmamış Donetsk Xalq Respublikasının (DXR) rəhbərliyinə namizəd İqor Xakimzyanov yaralanıb.

Ren.TV xəbər verir ki, Xakimzyanov partlayışın, qurultay keçirilən binaya daxil olarkən baş verdiyini bildirib.

“Mən ayılanda, əynimdəki paltar yanırdı. Həkimlər lazımı kömək göstərdilər”, - deyə o vurğulayıb.

İlkin məlumata görə, partlayış nəticəsində dörd nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, partlayıcı qurğu zaldakı oturacaqların birinin altına yerləşdirilibmiş...

*   *   *15:11

Qondarma Donetsk Xalq Respublikasının Kommunist Partiyasının qurultayında partlayış baş verib.

Bunu RİA Novosti agentliyinə açıqlamasında qondarma respublikanın deputatı Vladislav Berdiçevski deyib.

Kuybışevsk rayonunda baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Bildirilir ki, qurultay keçirilən binada mənşəyi məlum olmayan partlayıcı qurğu işə salınıb. \\virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 191          Tarix: 29-09-2018, 19:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma