Xəbər lenti

“Rusiyada Vladimir Putin 18 ildir hakimiyyətdir, amma indi o və hakim Vahid Rusiya Partiyası ölkədə daha çox müxalif mövqe ilə üzləşir, tənqid olunur”. “Newsweek” dərgisində Ceyson Lemon həm rəy sorğularının, həm də xalq etirazlarının artan narazılığı göstərdiyini yazır.

Özəlliklə də, ölkədə pensiya yaşının artırılması təklifi etirazlara səbəb olub, bu yürüşlərdə 1000-dən çox adam saxlanıb. Bəzi vilayətlərdə Kremlin namizədinin qalib gəlməməsi diqqət çəkib.

“Bir şeydən əmin olmaq lazımdır ki, Kreml həmin seçkiləri sözün əsl mənasında uduzmayıb. Vahid Rusiyanın namizədini, yaxud başqa birisini ilk öncə Kreml dəstəkləyib”, – jurnalist Maksim Trudolyubov “The Moscow Times”da yazıb.

“Yeganə itki Putinin siyasi legtimiliyin vacib mənbəyi olmasıyla bağlı idi. Putin hakimiyyəti dövründə Rusiya seçkilərinin dəmir qaydası bu idi ki, onun dəstəklədiyi namizəd səslərin əksəriyyətini almalıydı. Bu dəfə isə alınmadı”, – Trudolyubov qeyd edib.

Bu arada dəstək qazana bilmiş həqiqi müstəqil siyasətçilər təhdid, vandalizm və zorakılıqla üzləşib.

“Kreml açıq şəkildə müstəqil siyasi hərəkatlara dəstək dilə gətirir, onları müsbət demokratik addım adlandırır. Ancaq bu bəyanatlara baxmayaraq, Putin tanınmış rəqiblərindən çoxunu bu yaz prezident seçkisinə buraxmadı. Aleksey Navalnı də onlardan biri idi. Sonucda Putin səslərin 76 faizini qazandı və seçici iştiraklılığı 67 faizdən azacıq artıq oldu”, – Lemon vurğulayır.

(azadlıq.org)

 




Ana səhifəyə qayıt        Baxış: 487          Tarix: 1-10-2018, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma