Xəbər lenti

“Bu, başlanğıc idi, davamı olacaq. Terrorçular İranın intiqam alacağını bilməlidir. Raketlər ABŞ-ın nəzarətindəki İŞİD bölgələrini hədəf alıb”.

Bu sözləri İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Bakiri Suriyanın Deyr əz-Zor şəhərində Əlbu Kamal mahalının raketlə bombalanması barədə danışarkən deyib.

Onun sözlərinə görə, Əhvaz şəhərinə olan hücumdan sonra son bir həftə ərzində müvafiq cavab addımları üçün müxtəlif tədbirlər görülüb: “Kəşfiyyat məlumatlarına əsasən təcavüzkarların İran əleyhinə olan qrupla əlaqələri olsa da, İŞİD tərəfindən Deyr əz-Zordan təlimatlandırıldığımı aşkarladıq. Raket hücumu isə uğurla həyata keçirildi və İŞİD-in bir çox komandiri öldürüldü”.

Məhəmməd Bakiri qeyd edib ki, İŞİD-lə birgə hücumu planlaşdıran İran əleyhinə qrup liderləri Avropa ölkələrindədir/Teleqraf.com.

 




Ana səhifəyə qayıt        Baxış: 302          Tarix: 2-10-2018, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma