Xəbər lenti

“Daily Mail” nəşri (İngiltərə) iddia edib ki, Rusiyanın Kostroma vilayətində helikopterin qəzaya uğraması sui-qəsd nəticəsidir.

Strateq.az xəbər verir ki, sözügedən nəşr qəzada ölənlərdən birinin – Rusiya baş prokurorunun müavini Saak Karapetyanın Skripal işi ilə bağlı Qərbə məxfi informasiya ötürməsini qeyd edir.

Keçmiş deputat və Putinin yaxın çevrəsinin üzvü sayılan Karapetyan Rusiya Baş Prokurorluğunda Sergey Skripal və qızı Yuliyanın zəhərlənmə faktı üzrə işə nəzarət edib.

S.Karapetyan, həmçinin Boris Berezovski və dissident Aleksandr Litvinenkonun işləri üzrə də məsul olub.

 




Ana səhifəyə qayıt        Baxış: 219          Tarix: 5-10-2018, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma