Xəbər lenti

 

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində qum fırtınası baş verib.

Ovqat.com xəbər verir ki, Open.az Fars Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, fırtına nəticəsində 140 nəfərdən çox insan xəsarət alıb. Onlardan 27-si xəstəxanaya yerləşdirilib.

Qum fırtınası zamanı küləyin sürəti saatda 104 kilometrə çatıb.

Bölgə rəhbərliyi əhaliyə, xüsusilə xəstə və yaşlı sakinlərə evdən çölə çıxmamaları ilə bağlı xəbərdarlıq edib.




Ana səhifəyə qayıt        Baxış: 263          Tarix: 8-10-2018, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma