Xəbər lenti

Almaniya Bundestaqının bir qrup deputatı Türkiyəyə planlaşdırılan səfərdən imtina edib. Səfərin hansı səbəbdən təxirə salındığı açıqlanmır. Bundestaqın vitse-prezidenti Klaudia Rotun bunun səbəbini mayın 24-də açıqlayacağı gözlənilir. Rot və daha üç deputat konstitusiya ilə bağlı keçirilən referendum və onun nəticələri, həmçinin Türkiyədəki daxili vəziyyət və ölkənin Avropa İttifaqı ilə münasibətlərini müzakirə etmək üçün Ankara, Diyarbəkir və İstanbula səfər etməli idilər. 




Ana səhifəyə qayıt        Baxış: 462          Tarix: 24-05-2017, 12:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma