Xəbər lenti
21-01-2025, 19:46

 

Türkiyənin şimalında hərbi xidmətə yola düşən əsgərlərin də olduğu sərnişin avtobusu yük maşını ilə toqquşaraq qəzaya uğrayıb.

Eurasia Diary “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 31 nəfər isə yaralanıb.

Qəza İstanbuldan Samsuna hərəkət edərkən Kastamonu şəhərinin Qara Dəniz sahilindəki Tosya kəndində baş verib. 

Avtobus sürücüsü və köməkçisinin öldüyü qəzanın səbəbləri araşdırılır.



Ana səhifəyə qayıt        Baxış: 344          Tarix: 1-11-2018, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma