Xəbər lenti

ABŞ prezidenti Donald Tramp Kerç boğazında baş vermiş hadisə ilə əlaqədar olaraq Argentinada keçiriləcək G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini deyib.

“The Washington Post xəbər verir ki, Tramp hadisə ilə bağlı “ətraflı hesabat” gözləyir.

“O hesabat müəyyənedici olacaq. Bəlkə heç bir görüş olmadı… Bu aqressiya mənim xoşuma gəlmir, bu, mənə qətiyyən lazım deyil”, — deyə qəzet onun sözlərini sitat gətirib.

Noyabrın 25-də Kerç boğazında Ukraynanın 3 gəmisi Rusiya tərəfindən saxlanılıb.

Report

 




Ana səhifəyə qayıt        Baxış: 248          Tarix: 28-11-2018, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma