Xəbər lenti

  

Rusiya Federal Təhlükəsizlik Xidməti ötən gün Kerç boğazında baş verən insidentin xronologiyasını yayıb.

Ovqat.com həmin xronologiyanı təqdim edir:

 

- Rus sərhədçiləri şənbə günü saat 21.30-da Ukrayna gəmilərinin Rusiya sərhədinə yaxınlaşdığını və sərhədi keçməyə çalışdıqları ilə bağlı məlumat verib.

- Ukrayna gəmiləri Kerç boğazından keçişlə bağlı Rusiyanın tələblərini yerinə yetirməyib.

- Sərhədçilər Kerç boğazının Qara dəniz istiqamətində gəmi keçişinə bağlandığını  Ukrayna gəmilərinə bildirib.

- Ukrayna Dəniz Qüvvələrinə məxsus “Nikopol” və “Berdyansk” döyüş gəmiləri bazar günü saat 03.45-də “Qorlovka” və “Yani Kapu” gəmilərinin yerləşdiyi bölgəyə girib.

- Ukrayna gəmiləri toplarını atəşə hazır vəziyyətə gətirib və lülələri 45 dərəcəli bucaq altına gətirərək, rus gəmi və katerlərinə tərəf yönəldib.

- Rusiya tərəfi Ukrayna gəmilərinə silahdan istifadə edilməsinin beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriləcəyi barədə məlumat verib.

- Ukrayna gəmiləri bazar günü saat 10.35-də qərargahlarına zəng edərək rus gəmilər tərəfindən mühasirətə alındıqlarını bildiriblər.

- Ukrayna gəmiləri Kerç boğazının cənubunda saat 10.35 ilə 18.30 arasında mühasirədə tutulub.

 

- Ukrayna döyüş gəmiləri Kiyev rejiminin birbaşa əmri ilə Rusiyanın su sərhədlərinə girib.

 

- Qara dənizdəki təxribat döyüş gəmilərindəki Ukrayna Təhlükəsizlik Xidmətinin iki əməkdaşı tərəfindən koordinasiya edilib.

 - Ukrayna döyüş gəmiləri Krım Rusiyaya birləşmədən əvvəl də Rusiyaya aid olan sahil sularına girib.

- Ukrayna gəmiləri bazar günü saat 18.30-da rus döyüş gəmilərinin yaratdığı mühasirəni yarmağa çalışıb.

- Rus gəmisi Ukrayna gəmilərinə tələblərə əməl edilməyəcəyi təqdirdə atəş açılacağı barədə dəfələrlə xəbərdarlıq edib.

- Rus döyüş gəmisi “İzumrud” bazar günü saat 20.45-də 3 Ukrayna gəmisi istiqamətində xəbərdarlıq atəşi açıb.

- Rus gəmisi açılan atəşin xəbərdarlıq xarakteri daşıdığı dəqiq şəkildə bilinən məsafədə dayanıb. Ukrayna gəmiləri açılan xəbərdarlıq atəşinə baxmayaraq "Dayan!” xəbərdarlığına tabe olmayıb, Rus sərhədinə doğru irəliləməyə davam edib.

- Rus gəmisi bazar günü saat 20.50-də Ukraynaya aid “Berdyansk” gəmisinə "dayan” komandasına baxmayaraq, hərəkətə davam etməsi halında atəş açılacağı barədə xəbərdarlıq edib.

- Rus gəmisi “İzumrud” bazar günü saat 20.55-də Ukraynaya aid “Berdyansk” gəmisinə atəş açıb.

- “Berdyansk” gəmisi saat 20.58-də rus gəmisinin açdığı atəş nəticəsində yaralıların olduğunu bildirərək kömək istəyib.

- Rusiyaya məxsus “İzumrud” gəmisi saat 21.06-da Ukraynanın “Berdyansk” gəmisini nəzarət altına alıb, 3-ü yaralı 7 dənizçini azad edib. Yaralılara tibbi yardım göstərilib.

- Rus gəmisi “Don” bazar günü saat 21.55-də Ukrayna Dəniz Qüvvələrinə məxsus “Yani Kapu” gəmisini dayandırıb və nəzarətə götürüb.

- Rusiya Müdafiə Nazirliyinə aid bir döyüş vertolyotu isə saat 21.27-də Ukraynanın “Nikopol” döyüş gəmisini dayandırıb.

- Ukraynanın “Nikopol gəmisi” saat 23.21-də rus döyüş gəmisi “Don” tərəfindən saxlanılıb.

- Yaralı olan ukraynalı əsgərlər bazar ertəsi saat 00.40-da Kerçə gətirilib.

 - Nəzarət altına alınan Ukrayna gəmiləri də bazar ertəsi günü saat 06.40-da Kerçə gətirilib.

- Ukrayna Dəniz Qüvvələrinə məxsus 3 döyüş gəmisinin Kerç boğazında çıxardığı hadisə zamanı rus sərhədçiləri tərəfindən saxlanılan ukraynalı bir dənizçı etdiklərinin fitnəkar xarakter daşıdığının fərqində olduğunu etiraf edib.




Ana səhifəyə qayıt        Baxış: 1 236          Tarix: 27-11-2018, 00:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma