Xəbər lenti

“İŞİD terrorçularının Suriyaya göndərilməsi və Qərbin onlara dəstək verməsi Qərbin planları qarşısında dayanan və səs müstəqilliyinə malik olan ölkələrin zəiflədilməsi deməkdir”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd Şimali Koreyanın xarici işlər naziri Ri Yon Ho ilə görüşü zamanı deyib. Əsəd qeyd edib ki, Qərbin planlarının uğursuzluğu, Suriya və Şimali Koreya kimi müstəqil ölkələrin müqaviməti beynəlxalq arenanı dəyişə bilər.

Bu, ötən dörd ildə Şimali Koreyanın xarici işlər nazirinin Suriyaya ilk səfəridir.  Ri Yon No deyib: “Şimali Koreyanın, Suriyanın, eləcə də xarici müdaxiləni və hegemon siyasətləri qəbul etməyən bütün ölkələrin düşmənləri müştərəkdir”.

Suriya prezidenti və Şimali Koreyanın xarici işlər naziri iki ölkənin əlaqələri və bu əlaqələrin gücləndirilməsi yolları ətrafında da fikir mübadiləsi aparıblar.

 




Ana səhifəyə qayıt        Baxış: 484          Tarix: 5-12-2018, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma