Xəbər lenti

 

Suriya ordusunun Xan-Şeyxunu ələ keçirməsi Əsəd hakimiyyətinin reputasiya qələbəsidir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Qriqori Lukyanov deyib.

O bildirib ki, bu qələbə Rusiya-İran-Türkiyə sammiti öncəsi Moskvanın mövqelərini möhkəmlədəcək:

“Ölkə liderləri Astana formatı çərçivəsində Suriyanın inkişafı ilə bağlı Konstitusiya Komitəsi tərkibində strateji planları müzakirə etməli idilər. Lakin indiki məqamda bir sıra dəyişikliklər ola bilər. Hazırda isə İdlibin inteqrasiyası, Suriyanın tərkibinə qaytarılması ilə bağlı ayrıca razılaşmalar müzakirəyə çıxarıla bilər”, - deyə ekspert bildirib.




Ana səhifəyə qayıt        Baxış: 340          Tarix: 23-08-2019, 19:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma