Fransa Prezidenti Emmanuel Makron xanımına lağ edən Braziliya dövlət başçısı Bolsonara reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Makron Braziliya prezidentinin yersiz hərəkətlərinin “son dərəcə kobud və üzücü” olduğunu dilə gətirib.
Makron əlavə edib ki, Braziliya prezidenti Bolsonar onun xanımı haqqında hörmətsiz sözlər deyib: “Braziliya xalqına böyük hörmətim var. Yaxınlarda Braziliya prezidenti postuna daha layiqli bir şəxsin gəlməsinə ümid etməkdən savayı əlimizdən bir şey gəlmir”.
Xatırladaq ki, Braziliya liderini dəstəkləyən şəxs sosial şəbəkədə Makronun 66 yaşlı xanımı Bricit haqqında paylaşım edərək “Makronun xanımı Bolsonarın 37 yaşındakı xanımı Micelle Bolsonardan fərqlənir. İndi Makronun nədən Bolsonara rahatlıq vermədiyini anlayırsınız” şərhini yazıb.
Braziliya prezidenti isə şərhə “adamı aşağılamayın... ha.. ha” şəklində reaksiya verib.
Paylaş: