Braziliya OPEC+ anlaşmasına daxil olması barədə Səudiyyə Ərəbistanının qeyri-rəsmi təklifindən imtina edib. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Braziliya neft-qaz üzrə katibi Marsio Feliks verib.
"S.Ərəbistanı Brazliyada neft hasilatının artmasından narahatdır. Biz onlara anlatdıq ki, Braziliya bunu edə bilməz", - deyə Feliks S.Ərəbistanının energetika naziri Xalid əl-Falihin müşavirinə telefonda cavab verib.
Qeyd edək ki, bu telefon zəngi Braziliyanın şelfində "Şimali Karkar" blokunda hasilatın bölüşdürülməsi üzrə keçirilən tenderin nəticələrinin açıqlanmasından bir neçə gün sonra baş verib.
Xatırladaq ki, Braziliya hazırda 2,65 mln. barel/gün neft hasil edir və bu göstəricinin yaxın 10 ildə 2 dəfə artması imkanları genişdir.
Paylaş: