Moskvaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə birlikdə Beynəlxalq Aerokosmika Sərgisinin açılış mərasimində iştirak edib.
Teleqraf.com xəbər verir ki, dünyanın diqqətlə izlədiyi bu səfərlə bağlı liderlər qısa açıqlama veriblər.
Prezident Ərdoğan çıxışı zamanı deyib ki, Türkiyə ilə Rusiya arasında səmimi və yaxın dialoq zəngin tarixi keçmişə dayanan əsaslardan doğur: “Rusiya ölkəmizə gələn turist sayına görə rekordları qırır. Bu il 6 milyona yaxın rusiyalı turistin ölkəmizi ziyarət etməsini gözləyirik. İki ölkə arasında ticarətin həcmi 25 milyard dolları keçib, hədəfimiz 100 milyard dollardır. Hava və aerokosmik texnologiya sahəsində yaxınlaşma ikili əlaqələrimizin dərinləşməsinə təsir göstərəcək”.
Rusiya Prezidenti Vladimir Putin deyib ki, Türkiyəyəbeynəlxalq aerokosmik sərgiyə göstərdiyi marağa görə təşəkkür edir: “Bunu ölkəmizin böyük potensialına dünya çapında marağın işarəsi kimi qəbul edirik. Rusiya təyyarə sənayesi sahəsində dünyada lider ölkələrdən biridir. Əməkdaşlığımızın daha yaxın və əhatəli olmasına ümid edirik. İstəyirik ki, beynəlxalq sərgimiz alış-veriş və işbirliyi baxımından daha çox marağa səbəb olsun. Helikopter, mülki havaçılıq, pilotsiz uçuş aparatları ilə bağlı yeni layihələrimizlə tanış olmaq imkanı olacaq. Bu sərgi vasitəsilə sovet təyyarələrini görmək imkanınız da olacaq. Bu təyyarələr II Dünya Müharibəsində iştirak edib sonradan təmir edilərək təkrar uça biləcək hala gətirilib”.
Paylaş: