ABŞ Müdafiə Nazirliyi orduda geniş miqyaslı tətbiq oluna biləcək hipersəsli silahların yeni nümunələrini sınaqdan keçirir.
“The National Interest” jurnalının yazdığına görə, bununla bağlı həm yerüstü sınaqların keçirilməsi, həm də hava gəmilərinin konfiqurasiyasının təkmilləşdirilməsi üzərində işlər davam etdirilir. Pentaqonda yeni proqram “Hava nəfəsi üçün hipersəsli silahın konsepsiyası” və ya qısa adla “HAWC” adlanır.
“DARPA” proqramının rəhbəri Endryu Knoedler əsas diqqət ediləcək sahələrin “hipersəsli səyahətin fasiləsizliyini təmin etməkdən ötrü karbohidrogen reaktiv mühərriklərin” işlənib hazırlanmasına yönələcəyini söyləyib.
“Pentaqon həmçinin həm məsafəyə qət etmədə, həm də sürətdə rəqiblərini üstələyəcək, atmosferin ən üst təbəqələrinə çıxa biləcək silahların hazırlanmasına başlayıb”,-deyə “Raytheon Missile Systems” şirkətinin vitse-prezidenti Tomas Bussinq qeyd edib.
Məqalədə bu cür silahların yaradılması prosesinin güclənməsini Rusiya və Çindən gələ biləcək təhdidlərin artması ilə əlaqələndirilib.
“Popular Mechanics” jurnalında dərc olunan yazıda Çinin bu sahədə ABŞ-ı ötdüyü bildirilib.
“The Diplomat” isə rəsmi Pekinin keçən ilin noybarında “DF-17” raketlərini uğurla sınadan keçirdiyini yazıb.Musavat.com
Paylaş: