Xəbər lenti

 

Baham adalarında azı 5 nəfər "Dorian" qasırğasının qurbanı olub.

Bu barədə Ovqat.com APA-yə istinadən xəbər verir.

Baham adalarının baş naziri Hyubert Minnis jurnalistlərə açıqlamasında təbii hadisə zamanı daha 21 nəfərin müxtəlif xəsarətlər aldığını bildirib. O, qeyd edib ki, yaralılar tibbi helikopterlərlə təxliyə edilib. 

Baş nazirin sözlərinə görə, təcili xidmətlərə 2000-dən çox çağırış daxil olub.

Ada sakinlərinin sosial şəbəkələrdəki paylaşımlarına təbii hadisə nəticəsində suyun səviyyəsinin artımını, evlərin birinci mərtəbələrinin selə qərq olduğunu, insanların çardaqlarda, bəzən hətta damlarda qaldığını əks etdirən foto, video görüntülər yer alıb.

Sinoptiklərin proqnozlarına görə, bəzi yerlərdə suyun hündürlüyü 7 metrə qədər qalxa bilər.




Ana səhifəyə qayıt        Baxış: 422          Tarix: 3-09-2019, 08:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma