Xəbər lenti

 

ABŞ-ın Şimal Karolina ştatının sahilləri yaxınlığında tüğyan edən "Dorian" qasırğası beş nəfərin ölümünə səbəb olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNN bildirib.

Telekanal məlumatına görə, Floridada müxtəlif səbəblərdən üç nəfər həlak olub. Daha və iki nəfər isə Şimal Karolinada təbii hadisənin qurbanı olub.

ABŞ-ın Qasırğaları Müşahidələri üzrə Milli Mərkəzinin son məlumatına görə, "Dorian" hazırda Uilminqton şəhərindən (Şimal Karolina ştatı-red) 60 kilometr cənub-şərqdədir və saniyədə 5,9 metr sürətlə şimal-şərq istiqamətində hərəkət edir. Atmosfer hadisəsinin daxilində küləyin maksimal sürəti təxminən saniyədə 44 metr təşkil edir. 

Qeyd edək ki, Baham adalarında da "Dorian" qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb.




Ana səhifəyə qayıt        Baxış: 334          Tarix: 6-09-2019, 08:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma